KepezTV Player
Bu gündən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və səfirliyin heyəti İrana geri dönüb. Yaxın zamanda səfirlikdə konsulluq xidməti də bərpa ediləcək. İran tərəfi binanın qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər görüb. Xarici İşlər Nazirliyindən bildirilib ki, səfirliyin işinin bərpası Azərbaycan-İran əlaqələrinin gələcək inkişafına, iki ölkə arasında əldə edilmiş razılaşmaların və həlli zəruri olan məsələlərin icra olunmasına töhfə verəcək.
Vüsalə Cənnətova
- Baxış: 279