• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1582
— 11.07.2024 18:10

Birinci Qarabağ müharibəsinin daha beş şəhidi dəfn edilib

KepezTV Player

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Qarayev, Şahin Məmişov, Ələddin Paşayev, Nemət Şahmuradov və Zakir Usubovla vida mərasimi keçirilib. Şəhidlərin nəşi Xocalı şəhəri Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində onların doğmaları, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Daha öncə Xocalı şəhərinin mərkəzində aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilən 7 nəfər bu il martın 31-də rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 

Vüsalə Cənnətova