• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 11.07.2024 13:35

"Detoksikasiya" - Bədii film

Agent Ceyk Maloy, ruhunda silinməz izlər qoyan dəhşətli bir qətlin şahidi olur. Bu dəhşətli hadisənin şoku o qədər böyük olur ki, Ceyk təsəllini spirtli içkilərdə axtarmağa başlayır. Nəhayət, həyatını düzgün istiqamətə yönəltmək üçün oxşar problemlərlə üzləşən polis məmurları üçün xüsusi bir klinikada detoksifikasiya kursu keçməyə qərar verir.

Qarlı meşənin içindəki bu tənha yer şəfa axtaranlar üçün təhlükəsiz bir sığınacaq təmin edir. Lakin onların burada sağlamlıq və rahatlıq tapmaq cəhdləri, klinikada qorxunc və qanlı bir qətl yaşandıqda kabusa çevrilir. Xəstəxananın divarları hər biri inanılmaz dərəcədə qəddar olan bir sıra qətllərin şahidi olur. Kimsə klinikanın sakinlərini bir-bir öldürməyə başlayır və hər yeni cəsədlə qorxu daha da artır. Ancaq Ceyk üçün ən dəhşətlisi qatilin dəst-xəttini tanımasıdır...

Rejissor: Cim Qillespi

Rollarda: Silvester Stallone, Tom Berencer, Kris Kristoferrson, Polli Uoker