• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1324
— 05.07.2024 10:27

Marsda yaşaya bilən səhra mamırı tapıldı

Çində aparılan yeni araşdırmaya görə, Yer kürəsində həddindən artıq quraqlığa və soyuğa tab gətirə bilən səhra mamırı, Marsı yaşıl və yaşayış üçün əlverişli planetə çevirməyimizə kömək edə bilər.

Çinli alimlər, Antarktida və Mojave səhrası kimi bölgələrdə tapılan Syntrichia caninervis adlı mamırın quraqlıq, yüksək radiasiya və həddindən artıq soyuq kimi Marsa bənzər şərtlərə tab gətirə biləcəyini müəyyən ediblər. Aparılan araşdırmada mamırın Antarktida kimi yerlərdə illərlə davam edə bilən bir növ qış yuxusuna girərək böyüdüyü aşkar edilib.

The Innovation jurnalında dərc edilən bir araşdırma onu göstərib ki, mamır, demək olar ki, bütün hüceyrə suyunu itirdikdən sonra və ya -80 dərəcəlik dondurucuda 5 il saxladıqdan sonra rehidratlandıqda sürətli bir şəkildə yenidən canlana bilir. Bu prosesə görə, yosuna az miqdarda su əlavə edildikdə, fotosintez fəaliyyətini davam etdirərək və karbon qazını oksigenə çevirərək saniyələr ərzində canlanır. O, həmçinin bəşəriyyətin bir planetdə yaşaması üçün lazım olan karbohidratları da təmin edə bilər. Bundan əlavə, Syntrichia caninervis, qamma şüalarına məruz qaldıqdan və hətta -196 dərəcə kimi ekstremal şəraitdə 30 günə qədər saxlandıqdan sonra da yaşaya bilir.

Komanda, öz tədqiqatlarının belə bir mühitdə bütün bitkilərin sağ qalmasını araşdıran ilk tədqiqat olduğunu söyləyərkən, eyni zamanda da istixanalar yerinə planetin səthində bitki yetişdirmək potensialına fokuslanır. Syntrichia caninervis üzərində apardıqları araşdırmada komanda, həmçinin Marsın ətraf mühitini simulyasiya edən mexanizm də yaradıb. Bu mexanizm sayəsində mamırın Mars mühitində 1 həftəyə qədər yaşaya bildiyi təsbit edilib.

Mütəxəssislərin sözlərinə görə, Marsı bu mamır və ya digər namizəd sələf bitkiləri ilə terraformasiya etmək hələ tezdir və faktiki çöl sınaqları aparılmayana qədər qəti bir şey söyləmək mümkün deyil. Bununla belə, Syntrichia caninervis-in istixana tipli bitki yetişdirilməsində özünəməxsus yeri olduğu da bildirilir.