• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 821
— 03.07.2024 18:55

Pambıqçılığa həsr olunan seminar

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda pambıqçılıqla bağlı seminar təşkil edilib. Tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, eyni zamanda ölkəmizin ev sahibliyi edəcəyi COP29-a həsr olunub. Bugünün dəyişən iqlim şəraitində pambıqçılığın mövcud vəziyyəti, problemlər və həlli yolları mövzusunda müzakirələr aparılıb. Seminarda əsasən subsidiya, toxumçuluq, dərman preparatlarının keyfiyyəti ilə bağlı problemlərdən danışılıb, çıxış yolları müzakirə edilib. Daha sonra seminar iştirakçıları institutun təcrübə stansiyasındakı sahələrə baxış keçiriliblər, orada həm ehtiyat toxum, həm də təcrübə üçün əkilən pambıq tarlaları ilə tanış olublar.

Orxan Cəfərzadə