• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 806
— 03.07.2024 18:55

Tibb Kollecində məzun günü və əmək yarmarkası

KepezTV Player

Azərbaycanda orta tibb işçiləri hazırlayan ən qocaman təhsil müəssisələrindən olan Gəncə Tibb Kollecində məzun günü keçirilib. Tədbirdə son illər təhsil ocağının maddi-texniki bazasının gücləndirildiyi, kollecdə tələbələr üçün yeni müasir imkanların yaradıldığı diqqətə çatdırılıb. Təhsil ocağından 2023-2024-cu tədris ilində tibb bacısı və qardaşı işi, mamalıq işi, əczaçılıq, tibbi profilaktika, ortopedik stomatologiya və laboratoriya diaqnostikası ixtisasları üzrə ümumilikdə 311 tələbə məzun adını qazanıb. 3 il müddətində kollecin ictimai həyatında fərqlənən məzunlara fəxri diplomlar təqdim olunub. Məzun günü yekunlaşdıqdan sonra Gəncə Tibb Kollecində ilk dəfə olaraq əmək yarmarkası təşkil olunub. Qərb bölgəsinin 20-yə yaxın dövlət və özəl tibb müəssisələrinin iştirak etdiyi yarmarkaya məzunlar böyük maraq göstəriblər. Əmək yarmarkasında tibb müəssisələri boş olan və yaxın zamanlarda vakant olacaq yerləri məzunlara təqdim ediblər.

Vüsalə Cənnətova