Azərbaycan polisinin yaradılmasından 106 il ötür. Xalqın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısında dayanan polis əməkdaşlarının peşə bayramı 1998-ci ildən qeyd edilir. 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycanda Polisi Günü elan edilib. Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə “Polis Günü”nə və 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Son 20 ildə polis tərəfindən 25 minə yaxın cinayətkar qrup və dəstənin zərərsizləşdirildiyi bildirilib. Əllərdə qanunsuz saxlanılan 35 mindən çox odlu silah yığılıb. Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 77 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 25 tona yaxın narkotik vasitə çıxarılıb.
Vüsalə Cənnətova
- Baxış: 444