• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 02.07.2024 18:53

Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. “Zəngilan” Bakı gəmiqayırma Zavodunda hazırlanan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən “Laçın” və “Kəlbəcər” tankerlərindən fərqli olaraq, “Akademik Xoşbəxt Yusifzadə” tankeri kimi, “Zəngilan” ilə də həm neft, həm də kimyəvi məhsullar daşınacaq. “Zəngilan” tipli daha üç tankerin inşası da nəzərdə tutulur. 

Vüsalə Cənnətova