İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malikdir. Bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsi əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir. Bu fikirləri prezident İlham Əliyev İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib. Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyən dövlət başçısı, Avropa məkanında ticarət əlaqələrimizin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəmizin 15 milyard dolları ötdüyünü bildirib. Prezident əməkdaşlığımızın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
Fərid Mehdiyev
- Baxış: 264