• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1025
— 26.06.2024 18:09

Müzəffər Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

KepezTV Player

Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür. Ordunun yaradılmasından 106 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb. Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğunun əsası qoyulub. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib. Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir. Bu gün Azərbaycan Ordusu güclü orduya çevrilib və beynəlxalq reytinqlərə görə dünyanın ən güclü 50 ordusunun siyahısına daxildir. Arsenalda ən güclü müasir silah və texnikalar var. Azərbaycan Silahlı Qüvvələri yeni pilotsuz uçuş aparatlarına, zərbə dronlarına və digər hərbi vasitələrə malikdir. Silahlı Qüvvələrin yaradılması günü artıq dördüncü ildir ki, böyük Zəfərlə qeyd olunur...

Azad Mustafayev