• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1086
— 22.06.2024 18:49

Badminton yarışı keçirilib

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında badminton üzrə şəhər birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyinin yaradılmasının 30 illiyinə həsr olunan yarışda 60-a yaxın qız və oğlan badmintonçu qüvvəsini sınayıb. Mübarizələrdə 4 yaş qrupunda – 2008-2009, 2010-2011, 2012-2013 və 2014-2015-ci il təvəllüdlü məktəblilər bacarıqlarını ortaya qoyublar. Şəhər birinciliyi həm tək, həm cüt, həm də qarışıq növdə baş tutub. Sonda fəxri yerlərdə qərarlaşan idmançılar diplomla təltif ediliblər.

Orxan Cəfərzadə