• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1185
— 21.06.2024 14:47

"Uşaqlığın son gecəsi” – Azərbaycan kinosu

Məktəbi yeni bitirən Murad ali məktəbə daxil ola bilməyib. Onun qohumu və dostu Rüstəm isə institutu bitirərək təyinatını mühəndis kimi ət kombinatına alır. Kombinatda onlar ət oğurlayan, qazandıqları pullar hesabına qlamur həyat keçirən dəstəylə toqquşur. Dəyərlər arasında ziddiyyətlər, məsuliyyət hissi, vətəndaş mövqeyi süjetdə ön plana çıxır. Ət kombinatında baş verən cinayətkarlıq, onun üstünün açılmasında qəhrəmanların göstərdiyi köməklik, müxtəlif insanlarla tanışlıq onlara ciddi həyat dərsi verir, yetkinləşdirir, bərkidir və uşaqlıqlarından daha bir neçə addım ayırır. Əhvalat eyni zamanda hər iki qəhrəmanın ilk sevgisindən bəhs edir.

Rejissor: Arif Babayev

Rollarda: Ənvər Həsənov, Səyavuş Şəfiyev, Ətayə Əliyeva, Törəxanım Zeynalova