• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1464
— 10.06.2024 10:22

İlk naqilsiz prosessor

Yaponiyanın 2020-ci ildən yarımkeçiricilər sahəsində fəaliyyət göstərən Premo adlı startapı unikal prosessor prototipini təqdim edib. Təqdim edilmiş prosessorun unikallığı ondan ibarətdir ki, o, çiplərarası naqilsiz əlaqə imkanına sahibdir. Belə ki, bu prosessorda çiplər arası məlumat mübadiləsi maqnit sahəsi prinsipinə əsaslanır. Ənənəvi çiplər bir-biriləri ilə məlumat mübadiləsi mövzusunda həmin çipləri bir-biriləri ilə birləşdirən fiziki plataya və naqillərə əsaslanırlar. Premo adlı startap tərəfindən hazırlanmış Dualibus adlı texnologiya isə bu mövzuda daha üst səviyyəyə çıxıb.

Belə ki, bu texnologiya vasitəsilə çiplər bir-birilərinə məlumatları maqnit sahəsi əlaqəsi prinsipinə əsaslanaraq göndərə bilərlər. Hazırlanmış prototip özündə mərkəzi prosessoru, enerji blokunu və əlaqə modulunu birləşdirir. Bu komponentlər arasındakı məlumat mübadiləsi isə məhz Dualibus texnologiyası sayəsində reallaşır. Bu öz növbəsində çox kiçik ölçülü cihazları və ənənəvi platalar ilə naqillərə ehtiyac duymayan elastiki cihazları hazırlamağa imkan verəcək. Bundan əlavə olaraq bu cür prosessoru ənənəvi CPU üçün əlavə yerə sahib olmayan cihazlara da quraşdırmaq mümkün olacaq.