• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 27.05.2024 19:32

“Müstəqilliyin zirvəsində” adlı tədbir baş tutub

KepezTV Player

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə "Müstəqillik Günü"nə həsr olunan “Müstəqilliyin zirvəsində” adlı tədbir təşkil olunub. Azərbaycan Xalq Cümhuriyyəti Muzeyində keçirilən tədbirdə ali və orta ixtisas məktəblərinin tələbələri, könüllülər, gənclər təşkilatlarının üzvləri iştirak ediblər. Gənclərə 106 əvvəl əsası qoyulan demokratik respublikamızın 23 aylıq fəaliyyəti haqda məlumat verilib. Cümhuriyyətin zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğu diqqətə çatdırılıb. Daha sonra tədbir iştirakçıları muzeyi gəzərək Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid eksponatlarla və həmin dövrə aid tarixi məlumatlarla tanış olublar.

Orxan Cəfərzadə