• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 17.05.2024 17:07

Yeniyetmə qızlar üçün təlim-məşq toplanışı

KepezTV Player

Tovuzdan sonra Azərbaycan Voleybol Federasiyası Gəncə Regional Voleybol Klubunda təlim-məşq toplanışı keçirir. Azərbaycan Texnologiya Universitetinin idman zalında reallaşan təlim mayın 17-dək davam edəcək. Mütəxəssislər tərəfindən 70-ə yaxın yeniyetmə qız voleybolçuya fiziki və texniki çalışmalar keçirilir. Nizami yurdundan sonra analoji təlim-məşq toplanışları Şəki, Hacıqabul və Naxçıvanda təşkil ediləcək.

Orxan Cəfərzadə