Azərbaycanın bədii gimnastları Estoniyada keçirilən “Tallinn Open” beynəlxalq turnirində qızıl medallar qazanıblar. Böyüklər üzrə qrup hərəkətləri komandasının üzvləri Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova 5 halqa, 3 lent və 2 topla çıxışlarında iki qızıl medal əldə ediblər. Fərdi çıxışda millinin üzvləri İlahə Bahadirova qızıl, Gövhər İbrahimova qızıl və gümüş, Şəms Ağahüseynova isə gümüş medala layiq görülüblər.
- Baxış: 222