• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 02.04.2024 19:19

Ceyhun Bayramovun Konqo xarici işlər naziri ilə görüşü keçirilib

Xarici işlər naziri Ceyhun Bayramov Konqo xarici işlər naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Təkbətək görüş daha sonra geniş tərkibdə davam edib. COP29-a hazırlıq, habelə regional vəziyyət müzakirə olunub. Nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin imzalanacağını bildiriblər.