Bu gün səhər saatlarından başlayaraq azərbaycanlıların soyqırımının 106-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksini kütləvi şəkildə ziyarət edilib. Ziyarətçilər hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar olublar. Onlar soyqırımı qurbanlarının xatirəsini anıblar.
- Baxış: 181