• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 763
— 30.03.2024 16:56

La Liqada mart ayının ən yaxşı futbolçusu bəlli oldu

İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib. 23 yaşlı braziliyalı martda keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə edib. Vinisiusun mükafat uğrunda rəqibləri “Barselona”nın hücumçusu Robert Levandovski, “Real Sosyedad”ın yarımmüdafiəçisi Bris Mendes, “Vilyarreal”ın hücumçusu Aleksandr Serlot və “Atletik”in futbolçusu Qorka Qoroseta olub. Vinisius Junior bu mövsüm bütün turnirlər daxil olmaqla 28 oyunda 18 qol və 8 məhsuldar ötürməyə imza atıb.