Bakıda 74 yaşlı, Qubada 27 yaşlı hamilə qadın dəm qazından zəhərlənərək ölüb. Yasamal rayonunda 1950-ci il təvəllüdlü Vera Binyatova yaşadığı evdə hamam otağında dəm qazından zəhərlənib. Qubada isə 2 azyaşlı uşağı olan 4 aylıq hamilə olmuş Niftəliyeva Fidan Əbil qızı hamam otağına sızan dəm qazından zəhərlənərək ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.
- Baxış: 155