Azad olunmuş ərazilərdə vətəndaşlar arasında sağlam həyat tərzinin təşviqi ilə bağlı tədbirlər davam etdirilir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədən pediatrlar, nevroloq və uşaq cərrahı 100-ə yaxın məktəbli və azyaşlı uşağın kompleks tibbi müayinələrini aparıb. Səhhətində problem aşkarlanan uşaqlar üçün yerində tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin edilib.
- Baxış: 85