Futbol üzrə Azərbaycan millisi Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində son oyununu keçirib. Yığma Bolqarıstan ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma heç-heçə başa çatıb - 1:1. 59-cu dəqiqədə qonaqların heyətində Filip Krastev hesabı açıb. 87-ci dəqiqədə Musa Qurbanlı tarazlığı bərpa edib. Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.
- Baxış: 162