İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib. Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə baş tutan tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib. Bugünkü konfransın “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusuna həsr olunduğunu deyən Sahibə Qafarova bildirib ki, hazırda iqlim dəyişikliyi diqqət yetirilməsi ən önəmli və təcili çağırışlardan biridir. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan yekdilliklə COP29-a ev sahibliyi edən ölkə seçilib. Qeyd olunan tədbir bu ilin noyabrında Bakıda keçiriləcək. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının bariz nümunəsidir. Vurğulanıb ki, ölkəmizdə bu il “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” kimi qeyd olunur. Spiker COP-29 çərçivəsində görüləcək işlərdən danışıb.
- Baxış: 70