• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 21.03.2024 14:37

Dəstəyə görə Azərbaycana minnətdarlıq ifadə edilib

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərindəki Cocotiers meydanında müxtəlif şüarlarla etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, bu, 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə ziddir. Onlar Azərbaycanın müstəqillik və suverenlikləri uğrunda apardıqları mübarizədə kanak əhalisinin yanında olduğunu qeyd ediblər. Aksiyada Azərbaycan Prezidenti İlham Əliyevin və "Dəmir Yumruğ"un fotolarının əks olunduğu plakatlar qaldırılıb.