Müasir ümumqoşun döyüşündə mühəndis təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək səviyyədə saxlanılmasını tələb edir. Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası, eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır.
- Baxış: 205