• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 19.03.2024 09:19

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub.  U-20 yaş qrupu üzrə təşkil edilən yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil ediblər. Sərbəst güləş üzrə millinin 6 üzvü fəxri kürsüyə qalxıb. Musa Verdiyevlə adiq Mustafazadə gümüş, Ruslan Abdullayev, Ramik Heybətov , Anar Cəfərli və Yusif Dursunov isə bürünc medal qazanıblar. Qadınlardan ibarət millinin 4 üzvü medal əldə edib. Əsmər Cankurtaranla Ruzanna Məmmədova  bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elvina Kərimzadə və Nərgiz Səmədova isə bürünc medal əldə ediblər. Həm sərbəst, həm də qadın güləşi üzrə yığmamız komanda hesabında üçüncü olub. “Çempionlar” turnirində beynəlxalq dərəcəli hakim Sevinc Yusibova ədaləti qoruyub.