Xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşüb. Ceyhun Bayramov BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Postmünaqişə dövründə ölkəmiz tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən Ceyhun Bayramov, Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının vətəndaşlarımızın həyat və sağlamlığına, aparılan bərpa işlərinə təhdid törətdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.
- Baxış: 126