Bu il Qarabağ və Şərqi Zəngəzurda 8509.6 ha kənd təsərrüfatı təyinatlı ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub. Bu barədə ANAMA-dan bildirilib. Azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 53 min 81 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Bu ərazilərdən 28 min 877 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olub.
- Baxış: 109