• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1093
— 16.03.2024 12:55

Gürcüstanın Baş naziri Azərbaycanda rəsmi səfərdədir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib. İrakli Kobaxidze Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər güllər düzülüb. Gürcüstanın Baş naziri Şəhidlər xiyabanını da ziyarət edib.