• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 16.03.2024 12:12

Cozef Bayden Prezident İlham Əliyevə təbrik məktubu göndərib

KepezTV Player

Yenilənmə və düşünmə fəslini qeyd etdiyimiz bir vaxtda ABŞ ölkələrimiz arasında tərəfdaşlığa və gələcək nəsillər üçün regionda təhlükəsizliyi təşviq edəcək, Azərbaycan və Ermənistan arasında möhkəm və ləyaqətli sülhə nail olunmasına davamlı sadiqliyini bir daha təsdiq edir. Bu il ərzində regional bağlılığın irəlilədilməsi və iqtisadi inkişafın genişləndirilməsi üçün Sizinlə birgə çalışmağı arzu edirəm. Bu barədə ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib. "Novruz bayramınızın dinc, firavan və sevincli keçməsini diləyirəm." - deyə Cozef Bayden qeyd edib.