Azərbaycanın Balkan regionu ilə əlaqələri, o cümlədən Bosniya və Herseqovina ilə əməkdaşlığı inkişaf edir. Bu fikir Prezident İlham Əliyevlə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsvi-yanoviçlə görüşündə səsləndirilib. Görüşdə əlaqələrin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında enerji, investisiyalar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
- Baxış: 119