Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Rayon prokurorluğunun məlumatına görə araşdırma zamanı vəzifəli şəxslər tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda ibtidai istintaq aparılır.
- Baxış: 176