Gəncədə "Mədəniyyətə könül ver" adlı tədbir keçirilib. Artıq bir ildir ki, fəaliyyət göstərən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin yaranması məqsədindən danışılıb. Gənclərin yaradıcı imkanlarını dəstəkləmək üçün Mədəniyyət Nazirliyi tərəfindən keçirilən tədbirlərdən danışılıb. Mədəniyyət könüllülərinin bu tədbirlərdə iştirakından söz açılıb. Gəncədə də "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin filialının yaradılması qərara alınıb.
Ülviyyə Bəbirli- "Mədəniyyət könüllüləri" İB-nin sədri: “Gəncədə Mədəniyyət könüllülərinin filialını açaq ki, burada da gənclərimiz fəaliyyət göstərsinlər. Həmin könüllülər Gəncə Dövlət Filarmoniyasında, istər digər mədəniyyət ocaqlarında fəaliyyət göstərəcəkdir. Maraqlı layihələrə imza atacağıq”.
Ramil Qasımov- Gəncə Dövlət Filarmoniyasının direktoru: “Bu mədəniyyət könüllülərinin bir üstün cəhəti ondan ibarətdir ki, təkcə gənclər deyil, bütün sahələrdə çalışan, yaş həddi də yoxur, mədəniyyətə, incəsənətə, musiqiyə məhəbbəti olan şəxslər burada fəaliyyətinə başlaya bilərlər”.
Elnur Vahidoğlu
- Baxış: 181