• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 13.03.2024 09:55

"Barselona" və “Arsenal” 1/4 finalda

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda İspaniyanın “Barselona” komandası evdə İtaliya “Napoli”sini qəbul edib. Matçın 15-ci dəqiqəsində “Barselona”dan Fermin Lopez, 17-ci dəqiqədə isə Joao Kanselo qol müəllifinə çevriliblər. 30-cu dəqiqədə isə “Napoli”dən Amir Rrahmani topu rəqibin qapısından keçirməyə müvəffəq olub. 83-cü dəqiqədə isə Robert Levandovski oyunun taleyini həll edib. "Barselona" “Napoli”ni 3:1 hesabı ilə məğlub edərək, turnirin 1/4 finalına yüksəlib. İlk görüş 1:1 hesabı ilə başa çatmışdı. *** Günün digər oyununda İngiltərənin “Arsenal” klubu Portuqaliya “Portu”sunu qəbul edib. Matçın 41-ci dəqiqəsində "Arsenal"ın heyətindən belçikalı Leandro Trossard fərqlənib. Cavab matçının əsas vaxtı eyni hesabla “Arsenal”ın xeyrinə yekunlaşıb. Əlavə vaxtda rəqiblər qol vura bilməyib, penaltilər seriyasında isə London komandası daha güclü olub - 4:2.