Gəncədə Mir Cəlal Paşayevin ev muzeyində Novruz bayramı münasibətilə konsert proqramı təşkil olunub. Novruzun üçüncü çərşənbəsinə təsadüf edən tədbirdə Samux rayonu, Qarayeri kənd musiqi məktəbinin yetirmələri çıxış ediblər. Xalq Çalğı Alətlərinin müşayiəti ilə müxtəlif mahnılar sələndirilib. Novruz bayramının Azərbaycan xalqı üçün önəmindən, adət-ənənələrindən bəhs edilib. Sonda şəhid ailələrinin iştirakı ilə Novruz bayramının atributlarından olan bayram tonqalı yandırılıb.
Təvəkkül Hüseynli- Samux Rayonu Qarayeri Kənd Uşaq Musiqi Məktəbinin direktoru: “Bu gün biz Yel çərşənbəsinin bayram tədbirini muzeyin işçiləri ilə birlikdə keçiririk. Bu tədbirin keçirilməsində məqsəd, xalqımızın illərlə yaşatdığı milli sərvətimizin, ənənələrimizin davam etdirilməsidir”.
Pərvin Abbaszadə
- Baxış: 210