• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 12.03.2024 16:26

Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək

Ölkəmiz Gürcüstanla birgə keçirdiyi AVRO-2017-dən 9 il sonra yenidən bu hüquqa sahib çıxıb. Azərbaycan 4 qrupdan birinə ev sahibliyi edəcək. Qarşılaşmalar 2017-ci ildə olduğu kimi yenə Milli Gimnastika Arenasında təşkil olunacaq. 2026-cı il yayın sonuna planlaşdırılan turnirdə ümumilikdə Avropanın 24 ən yaxşı komandası iştirak edəcək. Bu komandalardan 6-sı məhz Bakıda mübarizə aparacaq. Azərbaycanla yanaşı, Çexiya və İsveçin AVRO-2026-ya birgə ev sahibliyi edəcəyi artıq təsdiqlənib.