• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 12.03.2024 16:23

"Arsenal" "Portu"nu, "Barselona" "Napoli"ni qəbul edəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək. Qarşılaşmalardan biri İngiltərədə, digəri isə İspaniyada keçiriləcək. "Arsenal" Londonda Portuqaliyanın "Portu" kollektivini qəbul edəcək. "Topçular"da Yurrien Timber, qonaqlarda İvan Markano və Zaidu zədə səbəbindən meydana çıxmayacaqlar. İlk matç "Portu"nun qələbəsi ilə bitib - 1:0.

Digər oyunda "Barselona" İtaliyanın "Napoli" komandasını sınağa çəkəcək. Kataloniya təmsilçisində Alexandro Balde, Qavi və Pedri zədəlidir. Neapol klubunda isə itki yoxdur. Tərəflər arasındakı birinci görüş heç-heçə yekunlaşıb - 1:1. Hər iki görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. Çempionlar Liqasında daha əvvəl PSJ və "Bavariya" 1/4 finala vəsiqə əldə ediblər.