Bu gün narıncı rəngdə olan yerkökü əslində bir vaxtlar öz uzaq qohumu - kərəviz və keşniş kimi yarpaqları və toxumları üçün becərilən ağ rəngli tərəvəz idi. Kökdə təqribən 32 min gen mövcuddur, bu genlərdən ikisi fərqli rənglərin əmələ gəlməsinə səbəb olur. Alimlər insanların, ovçuluq-yığıcılıqdan, əkinçiliyə keçməklə şüurlu olmadan rəngli kök yetişdirməyə başladığını düşünür. Daha sonrakı dövrdə isə yabanı növləri digərlərindən ayırmaq üçün fərqli rənglərdə kök becərilməsinə bu dəfə şüurlu şəkildə davam edildiyi güman olunur. Araşdırmalara görə, 1100 il əvvəl ilk mərhələdə bənövşəyi, ardınca isə sarı kök növləri ortaya çıxıb. Hətta bənövşəyi kökün faydaları saymaqla bitmir. O, göz sağlamlığına və mədə xəstəlikləri üçün antioksidant funksiyasını daşıyır. Az yemək yeyənlər üçün iştah açma xüsusiyyəti, insan dərisində yaranan qırışıqlıqları aradan qaldırma, immuniteti gücləndirmə kimi xüsusiyyətləri var. Narıncı köklə bağlı müzakirə olunan başqa bir nəzəriyyəyə görə, hollandiyalılar bu tərəvəzi 16-cı əsrdə İspaniyanın Habsburg xanədanlığına qarşı üsyan qaldıran Oranjlı Williamın şərəfinə yetişdirməyə başlayıblar. Ancaq bu nəzəriyyənin həqiqiliyi hələ də tarixçilər arasında mübahisələrə səbəb olur.
İnsanların çox qədim zamanlardan yun əyirib, əyirilmiş ipdən müxtəlif geyimlər toxumağı hər kəsə məlumdur. İp əyirmək üçün ilk primitiv alət olan teşi günümüzə qədər gəlib çatıb. Arxeoloji tədqiqatlar Eneolit dövrünə aid “Zirincli” abidəsində keramikadan bişirilmiş teşi, “Bəydilli sarıları”da daşdan düzəldilən, Sirab kəndindəki “Qızıl qaya” yaşayış yerində isə inəyin çanaq sümüyündəki yumrudan düzəldilmiş sümük teşi aşkarlanıb. Sonralar isə ip daha səmərəli üsulla-cəhrə ilə əyrilməyə başlanılıb. Və formalaşaraq günümüzə qədər gəlib çıxıb.
XI əsrdə Avropadakı qadınlar kişilərin tunikalarına bənzər, boş və dizlərinin altına çatan paltar geyirdilər. Əsrin sonunda bu geyimlər qadınların yuxarı bədənlərinə daha da uyğunlaşdı. Paltarlar bir qadının bədən fiquruna uyğun gəlmək üçün sıx daraldılıb, hər tərəfində yarıqlar açılaraq hazırlanırdı. 1550-ci illərdən başlayaraq, Avropadakı orta və yuxarı sinif qadınlar qalstuk, büzməli yaxa parçası olan paltarlar geyinirdilər. XIX əsrdə qadın geyimləri günün ayrı-ayrı vaxtına və müxtəlif məqsədlər üçün təsnif olunmağa başladı. Yüksək belli paltarlar təxminən 1830-cu ilə qədər məşhur idi. II Dünya Müharibəsi dövründə paltarlar daha incə və hərbi geyimlərə uyğun hazırlanırdı. Müharibəsindən sonra Christian Dior tərəfindən irəli sürülən '’Yeni Görünüş’’, moda və qadın paltarlarının görünüşü on il ərzində öz təsirini qoruyub saxlayıb.
Lalə Sadıqova
- Baxış: 2428