• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1343
— 12.03.2024 08:46

"Qarabağ" səfər oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib

"Qarabağ" klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək “Bayer 04” ilə səfər oyununa baxmaq istəyən azarkeşlərə müraciət edib. Klubdan bildirilib ki, komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılan 1790 ədəd bilet satışa çıxarılıb. Biletin qiyməti 31 manat təşkil edir. Martın 14-ü “BayArena”da keçiriləcək matçdan 3 saat əvvəl azarkeşlər üçün ayrılan sektorların qarşısında vauçeri biletə dəyişmək mümkün olacaq.