2023-cü ildə Azərbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsinin dəyəri 430 milyon dollar təşkil edib. Amma bu rəqəmin artırılması üçün hər iki tərəfdə imkanlar var. AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Cənubi Koreyadan ölkəyə alıcı missiyası çərçivəsində təşkil edilən tədbirdə bildirib ki, ticarətin əsas hissəsini idxal edilən avtonəqliyyat vasitələri təşkil edir. Cənubi Koreyanın İdxalçılar Assosiasiyasının sədri Kim Byunq Kvan isə ölkəsinin Azərbaycandan dəmir və aluminium, eləcə də metal məmulatlarının idxalında maraqlı olduğunu deyib.
Kim Byunq Kvan - Cənubi Koreyanın İdxalçılar Assosiasiyasının sədri: Cənubi Koreya ən böyük idxalçı ölkələrdəndir. Azərbaycan məhsulları bu bazara daxil ola bilər. Bu ölkə zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Cənubi Koreyaya həmçinin ət və süd məhsulları, içki ixrac edə bilər. Bizim bu məhsullara marağımız var. Bununla yanaşı, Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə, Azərbaycan məhsullarının Cənubi Koreyada tanıtımı üçün səfərlərin təşkil olunmasında maraqlıyıq.
- Baxış: 125