Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri başa çatıb. Milli komandamız yarışı 2 medalla başa vurub. Boksçumuz Zidan Hümbətov finalda rusiyalı Arseniy Jiltsovu 3:2 hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb. Komandamızın heyətində Bilalhəbəşi Nəzərov isə finalda Tamta Briyeşlə üz-üzə gəlib. Yığmamızın üzvü 2:3 hesabı ilə məğlub olduğundan gümüş medal qazanıb. Yarışda 22 ölkədən 245 boksçu mübarizə aparıb.
- Baxış: 168