Ağstafanın Vurğun qəsəbəsində 18 yaşlı Həsənzadə Elvin Ömər oğlunu elektrik cərəyanı vurub. Həsənzadə mini futbol meydançasında tanışları ilə olan zaman uzun metal borunu götürərək yoldaşları ilə zarafatlaşmaq istəyib. Bu zaman əlindəki boru ehtiyatsızlıqdan meydançanın üstündən keçən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 141