• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 10.03.2024 21:13

Azad olunan ərazilərdə ilk dəfə buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzinin Laçın şəhər 2 nömrəli və Zabux kənd tam orta məktəblərində buraxılış imtahanı keçirib. Bu, işğaldan azad olunmuş Laçın rayonunda təşkil edilən ilk imtahandır.  Məktəblərdə şagirdlərin rahat şəkildə imtahan vermələri üçün zəruri şərait yaradılıb. İmtahanlar mövcud təlimata uyğun keçirilib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb. Dövlət İmtahan Mərkəzi tərəfindən ilk dəfə Füzulidə yeni istifadəyə verilmiş Mirzə Uluqbəy adına 1№-li məktəbdə də imtahan keçirilib.

3 nəfər mobil telefon, 1 nəfər ağıllı saata görə imtahandan xaric edilib

11 illik orta təhsil səviyyəsi üzrə respublika üzrə buraxılış imtahanında 53 102 şagirdin iştirakı nəzərdə tutulurdu. İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə ağıllı saat aşkarlandığı üçün imtahandan xaric edilib.  İmtahanda istifadə edilən test tapşırıqlarının cavabları artıq Mərkəzin saytına yerləşdirilib. Martın 11-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.