• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 10.03.2024 21:03

Qəza zamanı iki nəfər ölüb

Sabirabadda ağır yol qəzası baş verib. Avtoqəza Qaragüney kəndi ərazisində olub. Qəza zamanı “Chevrolet” markalı avtomobil Sabirabad rayonunun Zalqarağac kənd sakini 1996-cı il təvəllüdlü Mustafayev Elməddin Ağazadə oğlunun idarə etdiyi “Mercedes”lə toqquşub. Nəticədə avtomobildə olan sərnişinlər Zalqarağac kənd sakinləri, 1989-cu il təvəllüdlü Süleymanov Ərzuman Məzahir oğlu və 1978-ci il təvəllüdlü Mədətov Zaur Xudayar oğlu, biri hadisə yerində digəri isə xəstəxanaya aparılarkən yolda ölüb. “Mercedes” markalı avtomobilin sürücüsü Elməddin Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq idarəsi tərəfindən araşdırma aparılır.