Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 26-cı turu çərçivəsində "Kəpəz" Tovuz şəhər stadionunda "Neftçi"ni qəbul edib. Oyunun 6-cı dəqiqəsində "Kəpəz"in heyətindən Junior Martins hesabı açıb. 32-ci dəqiqədə Neftçidən Filip Ozobiç tablodakı rəqəmləri bərabərləşdirib. 47-ci dəqiqədə Sayı göylərdən Elçin Əlicanov yenidən komandasını hesabda önə keçirib. 57-ci dəqiqədə isə Filip Ozobiç status-kvonu bərabərləşdirib. Matçın 62-ci dəqiqəsində Martins Junior hesabı 3-2-ə çatdırıb. 78-ci dəqidə isə yenidən Filip Ozobiç penalti zərbəsilə tablodakı rəqəmləri bərabərləşdirib. Qarşılaşma elə 3-3 hesabı ilə də yekunlaşıb. Xallarının sayını 37-ə çatdıran paytaxt klubu hazırda "Səbail"lə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Kəpəz" 27 xalla 9-cu sıradadır.
- Baxış: 174