KepezTV Player
Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib. Bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb. Monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.
- Baxış: 118