Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçrilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb. Faktla bağlı Bərdə Rayon Polis şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
- Baxış: 111