• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 08.03.2024 15:54

"Ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır"

Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir. Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, islamofobiya müasir dünyanın acı reallığıdır. İnsanların inanclarına görə təcrid olunması bu günümüzü daha da çətinləşdirir. Özünü liberal dəyərlərin carçısı kimi göstərən Qərb ölkələri müsəlmanları təcrid edir və onlara qarşı diskriminasiya siyasəti həyata keçirir.