• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 07.03.2024 19:25

Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərdən danışılıb

KepezTV Player

Naftalan Şəhər İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycan: tarixi həqiqətlər” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara, daha sonra Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgiyə baxış keçiriblər. Soyqırımın tarixi ilə bağlı videoçarx nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov azərbaycanlılara qarşı əsrlər boyu törədilən bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bu mövzunun Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən  hər zaman diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Həmçinin, dəyirmi masa ətrafında icmanın fəaliyyəti ilə bağlı tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb, bir sıra təkliflər irəli sürülüb. Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsində göstərdiyi diqqətə və Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi yüksək dəstəyə görə ölkə başçısına minnətdarlıq ifadə edilib.

Fərid Mehdiyev