Artıq Talış kəndinə 20 ailə köçürülüb. Buradakı ailələrin hamısı işlə təmin olunub. Suqovuşan qəsəbəsində 5 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. İlin sonunədək qəsəbəyə keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur. Bunu Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib. Ağdam şəhərində və rayonun Kəngərli, Sarıcalı və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri görülür. Bu ilin sonunadək Xıdırlı kəndində 719, Kəngərli kəndində 292, Sarıcalı kəndində 203 fərdi ev inşa olunacaq.
- Baxış: 142